Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi Türkiyənin “Antalyaspor” komandası ilə yoxlama oyununda üz-üzə gələcək.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, qadınlardan ibarət Azərbaycan millisi oktyabrın 5-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Hazırlıq prosesi ayın 13-nə qədər davam edəcək.
Millimiz hazırlıq çərçivəsində oktyabrın 9-da “Antalyaspor”un qadınlardan ibarət komandası ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma “Titanic Deluxe Belek Football Center”də baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.


