Azərbaycan millisi ardıcıl 5-ci qələbəyə sevindi!

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün son oyununa çıxıb.

Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Farer adaları yğması ilə qarşılaşıb.

Mərdəkandakı “Dalğa Arena”da baş tutan görüşün start fiti 19:00-da səslənib. Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edib. Görüşdə ədalət təmsilçisi Lovisa Yohansson olub.

Xatırladaq ki, Azərbaycan millisi hələ ötən tur nəinki qrup liderliyini təmin etdiş, hətta C Liqasından B Liqasına yüksəlmişdi. Autsayder Farer adaları isə hələ xal hesabını aça bilməmişdi. Millimiz bu rəqibinə doğma meydanda da qalib gəlməklə rəqibləri ilə xal fərqini daha da artırıb. Ardıcıl 5-ci qələbisə sevinən yığmamız qrup mərhələsini 16 xalla zirvədə bitirib.

Bu gün qrupumuzun digər oyununda Monteneqro doğma meydanda Kiprlə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da meydan sahibləri qələbə qazanıblar. Nəticədə Monteneqro yığması seçmə mərhələni 12 xalla ikinci, Kipr seçməsi isə 7 xalla üçüncü olub.

Millimiz bu seçmə mərhələnin yalnız ilk turunda Kiprlə ev oyununda qələbə qazana bilməmişdi. Həmin oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Sonrakı turlarda isə komandamız Monteneqroya səfərdə 1:0, evdə 3:0, Farer adalarına səfərdə 2:1, Kiprə 1:0 hesabıyla qalib gəlmışdı.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
5 dekabr

Azərbaycan – Farer adaları 1:0
Qol: Nigar Mirzəliyeva, 65.
Baş hakim: Lovisa Yohansson (İsveç).
Baş hakimin köməkçiləri: Kamilla Stendal, Yilan Taher (İsveç).
Dördüncü hakim: Maral Mirzai Ben (İsveç).
Bakı. “Dalğa Arena”. Saat 19:00.

Azərbaycan: 1. Aytac Şərifova (22. Nərgiz Əliyeva, 88), 2. Diana Məmmədova, 3. Jalə Məhsimova (23. Yeliz Acar, 78), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 6. Esra Manya (21. Aysun Əliyeva, 78), 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva (11. Vüsalə Seyfəddinova, 67), 18. Alina Dorofeyeva, 20. Peritan Bozdağ (17. Fidan Cəfərova, 88).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 8. Firəngiz Teymurova, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 16. Milana Rəhimova, 18. Sona Rəhimova.
Baş məşqçi: Siyasət Əsgərov.

Farer adaları: 1. Oluva Joensen, 2. Malena Olsen, 3. Birita Rayan (k), 5. Sunniva Dal Kristiansen, 6. Heidi Sevdal (9. Rebekka Benbakoura, 73) 8. Eydvor Klakstein, 13. Jensa Kannuberq, 14. Mona Rasmusdottir, 15. Torunn Yoensen, 20. Sara Lamhauge 21. Runa Jacobsen (11. Fridrikka Klementsen, 62).
Ehtiyat oyunçular: 23. Valborg Ostero, 4. Asa Karlsen, 17. Tora Mohr, 18. Mariya Yohansen, 22. Marqit Maqnusdottir.
Baş məşqçi: Signe Pries Andersen.

Xal: Azərbaycan – 16. Monteneqro – 12. Kipr – 7. Farer adaları – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: