Azərbaycan millisi Bakıda Litva ilə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsində növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz 2-ci qrupdakı üçüncü sınağında Litva yığmasını qəbul edəcək.

Sözügedən komandalar arasındakı görüş Bakıdakı 8-ci km stadionunda baş tutacaq. Oyuna saat 17:00-da start veriləcək.

Qeyd edək ki, bu qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
Görüşün baş hakimi Qustavo Korreya olacaq. Ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək. VAR hakimi Bruno Esteves, AVAR isə Ana Klaudiya Silva Ribeyro olacaq.

Bu, hər iki komandanın qrupdakı üçüncü sınağıdır. Azərbaycan millisi qrupdakı ilk matçını səfərdə məhz Litva yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. Millimiz Lixtenşteyn yığması ilə ev oyununda da qolsuz heç-heçəyə razılaşmışdı.

Litva yığması isə Lixtenşteynlə səfər oyunundan 2:0 hesablı qələbə ilə ayrılıb. Hazırda Litva 4 xalla 2-ci qrupda vahid liderdir. Millimizin 2 xalı varsa, xalsız olan Lixtenşteyn qrup sonuncusudur.

Azərbaycan millisi qrup qalibi olmaq yolunda Litva ilə ev oyunundan mütləq qalib ayrılmalıdır. Əks halda son turda Lixtenşteynlə səfər oyunundakı mümkün qələbə də millimiz üçün yetərsiz olacaq.

UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup

4 oktyabr

17:00. Azərbaycan – Litva
Baş hakim: Qustavo Korreya (Portuqaliya).
Yan hakimlər: Andre Filipe Noqeyra Dias, Andreya Souza (Portuqaliya).
Dördüncü hakim: Şafak Barmaksız (Portuqaliya).
VAR hakimi: Manuel Şüttengruber (Portuqaliya).
AVAR hakimi: Aleksander Harkam (Portuqaliya).
Bakı. 8-ci km stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: