Azərbaycan millisi Buxarestdə hamıdan güclü oldu

Sərbəst güləş üzrə Azərbaycan millisi Rumıniyada keçirilən 23 yaşadək güləşçilər arasında (U-23) Avropa çempionatında böyük uğura imza atıb. Arena.az xəbər verir ki, Buxarest şəhərində təşkil olunmuş qitə birinciliyinin son üç günündə məhz sərbəst güləş üzrə mübarizə baş tutub.

Ötən il komanda hesabında çempion olan millimiz bu il də titulunu qoruyub. Belə ki, Azərbaycan millisi növbəti dəfə qitənin ən güclü komandası ünvanına sahib çıxıb.

3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yeri tutub. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Xatırladaq ki, yığma üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: