Azərbaycan millisi Danimarkaya 8 cavabsız qolla uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “ASK Arena”da Danimarka yığması ilə qarşılaşıb.

Slovakiyadan olan hakimlər briqadasının idarə etdiyi oyun yığmamızın biabırçı məğlubiyyəti ilə başa çatıb. Futbolçularımız bu görüşdə 8 cavabsız qola üzülüblər.

Azərbaycan millisi qrupdakı ilk oyunda Rusiyaya uduzmuşdu – 0:2. Həmin oyun səfərdə baş tutmuşdu.

Azərbaycan millisinin yer aldığı E qrupunda Danimarka və Rusiya ilə yanaşı, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları da var.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
21 sentyabr

Azərbaycan – Danimarka 0:8
Qollar: Siqne Bruun, 3; 62. Stine Larsen, 11; 26; 60. Manə Mollayeva, 43-öz qapısına. Mille Qeyl, 75. Emma Snerl, 76.
Hakimlər: Zuzana Valentova, Mariya Sukenikova, Miroslava Pastorekova, Mariya Krçova (hamısı Slovakiya)

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova (17. Vüsalə Hacıyev, 90+1), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 6. Bilge Su Koyun, 7. Manə Mollayeva, 11. Vüsalə Seyfəddinova (20. Peritan Bozda, 74), 15. Kamilla Məmmədova, 18. Alina Dorofeyeva (13. Nərgiz Hacıyev, 69), 21. Aysun Əliyeva (k) (14. Coşqunə Əliyeva, 90+1).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Firəngiz Teymurova, 10. Kristina Bakarandze, 16. Nəzrin Məmiyeva, 17. Vüsalə Hacıyeva, 19. Sona Rəhimova, 20. Peritan Bozdağ, 23. Alina Nahmadova.
Baş məşqçi: Siyasət Əsgərov.

Danimarka: 1. Lene Kristensen, 3. Stine Pedersen, 4. Rikke Seveçke (13. Sofie Pederse, 58), 7. Sanne Troelsqaard, 10. Pernille Harder (k) (8. Emma Snerl, 58), 11. Katrine Veje, 12. Stine Larsen (17. Rikke Madsen, 69), 14. Nikoline Sorensen (2. Sara Andersen, 58), 15. Katrine Moller Kühl, 20. Siqne Bruun (21. Mille Qeyl, 69), 23. Sofie Svava.
Ehtiyat oyunçular: 16. Katrine Svane, 22. Katrine Larsen, 5. Karen Holmqaard, 6. Nanna Kristiansen, 9. Oliviya Moller Holdt, 18. Luna Qevits, 19. Janni Tomsen.
Baş məşqçi: Lars Sonderqaard.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: