Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/25 mövsümünün qrup mərhələsinin 3-cü turunda Estoniya yığması ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan komandalar Tallin şəhərindəki “Lilleküla” stadionunda üz-üzə gəliblər.
Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvey idarə edib. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümündəki ilk sınağında İsveç yığmasına Bakıda 1:3 hesabıyla uduzmuşdu. Slovakiya yığması ilə səfər oyununda isə millimiz 0:2 hesablı məğlubiyyətə üzülmüşdü.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
11 oktyabr
Estoniya – Azərbaycan 3:1
Qollar: İoan Yakovlev, 32. Vlasi Sinyavski, 45+3. Rokko Robert Şeyn, 71 – Toral Bayramov, 45+1-pen.
Hakimlər: Rob Harvey, Robert Klark, Ueyn Makdonnell, Rob Hennessi (hamısı İrlandiya).
Tallin. “Lilleküla” stadionu. Saat 20:00.
Estoniya: 12. Karl Yakob Heyn, 3. Mihael Şyonninq-Larsen, 4. Mattias Kayt (20. Markus Poom, 84), 5. Rokko Robert Şeyn (21. Martin Vetkal, 84), 8. Henri Anyer (9. Erik Sorqa, 68), 11. Mihkel Aynsalu, 13. Maksim Paskotsi (6. Rasmus Peetson, 29), 15. İoan Yakovlev (10. Sergey Zenyov, 68), 16. Yoonas Tamm, 18. Karol Mets (k), 23. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Vallner, 2. Marten Kuusk, 7. Robi Saarma, 14. Patrik Kristal, 17. Martin Miller, 19. Mixael Lilander.
Baş məşqçi: Yürgen Henn.
Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev (18. Ceyhun Nuriyev, 64), 9. Renat Dadaşov (14. Rüstəm Əhmədzadə, 82), 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov (10. Mahir Emreli, 64), 20. Aleksey İsayev (8. Emin Mahmudov, 76), 22. Abbas Hüseynov (k) (21. Qismət Alıyev, 76).
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 16. Vadim Abdullayev, 19. Xəyal Nəcəfov.
Baş məşqçi: Fernando Santos.


