16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi (U-16) Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışını davam etdirir. Arena.az xəbər verir ki, yığma komandanın martın 10-da başlamış hazırlıq prosesi ayın 17-nə qədər davam edəcək.
Komandamız qonşu ölkədə daha bir yoxlama oyunu keçirib. Tahir Baxşıyevin yetirmələri yerli “Akademiya” komandası ilə üz-üzə gəlib. Azərbaycan millisi parketdən 74:50 hesablı qələbə ilə ayrılıb.
Xatırladaq ki, yığmamız Gürcüstandakı ilk yoxlama oyununu “Zaza Pachulia Academy” komandasına qarşı keçirmiş və 70:88 hesablı məğlubiyyətlə üzləşmişdi.


