Azərbaycan millisi Latviya üzərində qələbəni əldən verdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Latviya yığması ilə beynəlxalq yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Latviyada baş tutan oyunda qalib müəyyənləşməyib.

Qarşılaşmada hesabı 33-cü dəqiqədə Azərbaycan yığması açıb. Alina Dorofeyeva fərqlənib. Amma meydan sahibləri 45-ci dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Oyunda başqa qol qeydə alınmayıb və matç 1:1 hesabıyla bitib.

Xatırladaq ki, Azərbaycan millisi iyulun 17-də bu rəqiblə daha bir yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
14 iyul

Latviya – Azərbaycan 1:1
Qollar: Karina Miksone, 45 – Alina Dorofeyeva, 33.

Latviya: 12. Vayvode Enja Anna (k), 4. Vitmore Selga Penelope, 10. Ro Ne Anastasiya, 5. Flaske Anna, 7. Linia Paula, 16. Kornella Anna Kristine, 8. Zai İkova Viktoriya, 14. Sevcova Olqa, 19. Miksone Karina, 9. Pounovia Anastasiya, 21. Druvia Emlija Sofija
Ehtiyat oyunçular: 1. Esterova Sofya, 2. Tumne Ligita, 3. Lodzia Kristneevelna, 6. Smirnova Taisiya, 11. Suvitra Dina, 13. Stube Monika Estere, 15. Lipsne Amliya, 17. Senberga Signiya, 18. Valaka Anna Mariya, 20. Garan Sofiya, 22. Gergeleziu Sofiya.
Baş məşqçi: Rom Nskvaov.

Azərbaycan: 1. Şərifova Aytac, 4. Mirzaliyeva Nigar (17. Hacıyeva Vusalə, 38), 5. Ahmadova Ayşən, 7. Mollayeva Manə, 8. Firəngiz Teymurova (15. Məmmədova Kamilla, 38), 9. Cəfərzadə Sevinc (k), 10. Bakarndze Kristina, 11. Seyfəddinova Vusalə (13. Nərgiz Hacıyeva, 14), 16. Parlak Nazlıcan, (6. Koyun Bilge Su, 19), 18. Dorofeyeva Alina (23. Acar Yeliz, 14), 20. Bozdağ Peritan (14. Əliyeva Coşqunə, 19).
Ehtiyat oyunçular: 12. İsmayılova Günay, 22. Güləryüz Göknur, 2. Məmməödova Diana, 3. Cəfərova Fidan, 19. Rəhimova Sona, 21. Rəhimova Milana.
Baş məşqçi: Siyasət Əsgərov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: