Azərbaycan millisi Maltaya da məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv doğma meydanda Malta millisi ilə qarşılaşıb.

“ASK Arena”da baş tutan görüş futbolçularımız üçün uğursuz alınıb. Üç qolun qeydə alındığı matçda komandamız növbəti məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi üç oyundan da məğlubiyyətlə ayrılmışdı. Yığmamız Rusiyaya (0:2), Monteneqroya (0:2) və Danimarkaya (0:8) uduzmuşdu.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
26 oktyabr

Azərbaycan – Malta 1:2
Qol: Vüsalə Seyfəddinova, 90 – Dorianne Teuma, 57-pen. Emma Xuereb, 86.
Baş hakim: Reka Molnar (Macarıstan)
Bakı. “ASK Arena”.

Azərbaycan: 1. Şərifova Aytac, 3. Məhsimova Jalə, 4. Mirzəliyeva Nigar, 5. Əhmədova Ayşən, 6. Koyun Bilge Su (2. Məmmədova Diana, 59), 7. Mollayeva Manə, 10. Bakarandze Kristina, 11. Seyfəddinova Vüsalə, 16. Parlak Nazlıcan, 18. Dorofeyeva Alina (17. Hacıyeva Vüsalə, 87), 21. Əliyeva Aysun (k), (20. Bozdag Peritan, 75).
Ehtiyat oyunçular: 12. İsmayılova Günay, 22. Əliyeva Nərgiz, 8. Teymurova Firəngiz, 9. Gözükara Mislina, 14. Əliyeva Coşqunə, 15. Məmmədova Kamilla, 19. Rəhimova Sona, 23. Acar Yeliz.
Baş məşqçi: Siyasət Əsgərov.

Malta: 1. Patrisiya Ebeyer, 3. Ann-Mariye Said, 4. Emma Lipman (k), 5. Stefaniya Farruciya, 6. Dorianne Teuma (18. Emma Xuereb, 75), 8. Raşel Kusçyeri, 13. Mariya Farruciya, 14. Şona Zammit, 16. Şarlene Zammit, 17. Brenda Borq (15. Jade Flask, 87), 20. Nikole Şiberras (9. Alişiya Sultana, 64).
Ehtiyat oyunçular: 12. Jodie Attard, 23. Maya Kaşiya, 2. Cessika Lee Dimeş, 7. Yeleniya Karabott, 10. Françeska Şirkop, 11. Kayleyq Çetkuti, 19. Maya Melayne Debono, 21. Haley Bugeya, 22. Jade Şembri.
Baş məşqçi: Mark Anthoni Qatt.

Xal durumu: Rusiya – 12, Danimarka – 9, Monteneqro – 6, Malta – 4, Bosniya və Herseqovina – 1, Azərbaycan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: