Qadın futbolçulardan ibarət Azərbaycan millisi oktyabr ayının sonlarında Qazaxıstanda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, komandamız hazırlıq çərçivəsində oktyabrın 24-də və 27-də Qazaxıstan yığması ilə iki yoxlama görüşü keçirəcək. Hər ikiarşılaşma Çimkənd şəhər stadionunda baş tutacaq.
Xatırladaq ki, daha öncə Qazaxıstan Futbol Federasiyası bu barədə rəsmi məlumat yaysa da, AFFA bu gün açıqlama yayıb.


