Azərbaycan millisi seçmə mərhələ oyunu üçün Litvaya yola düşdü

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ oyunu üçün Litvaya yollanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisi ilk matçını noyabrın 9-da meydan sahiblərinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Komandamız üç gün sonra Bakıda Belçika yığmasını qəbul edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: