Qadın futbolçulardan ibarət Azərbaycan millisi gələn ay iki yoldaşlıq oyunu keçirməyə hazırlaşır. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimiz Bakıda Türkiyə yığması ilə qarşılaşacaq. “Ay-ulduzlular”la qarşılaşmalar aprelin 8-də və 11-də baş tutacaq. Hər iki oyun “Dalğa Arena”da keçiriləcək. Oyunlara saat 16:00-da start veriləcək.
Azərbaycan millisi bu oyunlarla əlaqədar Bakıda təlim-məşq toplanışı da keçəcək. Hələlik toplanışın dəqiq vaxtı və bu oyunlara hansı oyunçuların çağırılacağı bəlli deyil.


