Azərbaycan millisi üçün Tata toplanışı

Qadın güləşi üzrə Azərbaycan millisi yanvarın 14-dən etibarən Macarıstanın Tata şəhərində təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, təlim-məşq toplanışında Azərbaycanla yanaşı, Macarıstan, İtaliya, Yunanıstan, Litva, Norveç, İsveç, Almaniya, Polşa, Rumıniya, Çexiya, Qazaxıstan, Qırğızıstan, ABŞ, Kanada, Çin, Xorvatiya, Moldova, Çili, Meksika və Ekvadoru təmsil edən milli komandalar iştirak edirlər.

Yanvarın 27-nə qədər davam edəcək hazırlıq prosesinə böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 7 güləşçimiz cəlb olunub:

Mariya Stadnik (50 kq)
Əsmər Cankurtaran (53 kq)
Gültəkin Şirinova (55 kq)
Alyona Kolesnik, Ruzanna Məmmədova (hər ikisi 59 kq)
Birgül Soltanova, Günay Qurbanova (hər ikisi 62 kq)

Elnurə Məmmədova (53 kq) zədələndiyi üçün hazırlıq prosesindən kənarda qalıb. Jalə Əliyeva (57 kq) və Elis Manolova (68 kq) isə baş məşqçi Semyon Şterevin nəzarətində Bolqarıstanın Belmeken şəhərində toplanış keçirlər.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: