Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Latviya yığması ilə daha bir beynəlxalq yoxlama oyununda qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, Latviyada baş tutan oyunda qalib müəyyənləşməyib.
Qarşılaşmada hesabı 36-cı dəqiqədə Azərbaycan yığması açıb. Millimizin kapitanı Sevinc Cəfərzadə fərqlənib. Amma meydan sahibləri 48-ci dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Oyunda başqa qol qeydə alınmayıb və matç 1:1 hesabıyla bitib.
Xatırladaq ki, Azərbaycan millisi iyulun 14-də də bu rəqiblə qarşılaşmış və həmin oyunda da qələbəni əldən vermişdi – 1:1.
Yoxlama oyunu
17 iyul
Latviya – Azərbaycan 1:1
Qollar: Karina Miksone, 48 – Sevinc Cəfərzadə, 36.
Latviya: 12. Enja Anna Vaivode (k), 7. Paula Liniya, 10. Anastasiya Ro Ne, 5. Anna Flaske, 20. Sofiya Garan, 16. Anna Kristine Kornella, 8. Viktoriya Zai İkova, 14. Olqa Sevcova, 19. Karina Miksone, 11. Dina Suvitra, 9. Anastasiya Pounovia,
Ehtiyat oyunçular: 1. Sofya Esterova, 2. Liqita Tumne, 3. Kristneevelna Lodzia, 4. Penelope Vitmore Selqa, 6. Taisiya Smirnova, 13. Monika Estere Stube, 15. Amliya Lipsne, 17. Signiya Senberga, 18. Anna Mariya Valaka, 21. Emliya Sofiya Druvia, 22. Sofiya Gergeleziu.
Baş məşqçi: Rom Nskvaov.
Azərbaycan: 22. Göknur Güləryüz, 17. Vusalə Hacıyeva, 5.Ayşən Əhmədova, 7. Manə Mollayeva, 8. Firəngiz Teymurova, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarndze, 15. Kamilla Məmmədova, 14. Coşqunə Əliyeva, 23. Yeliz Acar, 13. Nərgiz Hacıyeva.
Ehtiyat oyunçular: 1. Aytac Şərifova, 12. Günay İsmayılova, 2. Diana Məmmədova, 3. Fidan Cəfərova, 6. Bilge Su Koyun, 16. Nazlıcan Parlak, 4. Nigar Mirzaliyeva, 18. Alina Dorofeyeva, 11. Vusalə Seyfəddinova, 19. Sona Rəhimova, 21. Milana Rəhimova, 20. Peritan Bozdağ.
Baş məşqçi: Siyasət Əsgərov.


