Azərbaycan millisi yeni heyətlə ilk toplanışa start verdi

Sərbəst güləş üzrə 17 yaşlılardan ibarət (U-17) Azərbaycan millisi Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Arena.az xəbər verir ki, sonuncu Azərbaycan çempionatının nəticələrinə əsasən yeni heyəti formalaşan yığmamız bu gündən hazırlıq prosesinə start verib.

Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlərə yer ayrılıb. Hazırlıq prosesi aprelin 25-nə qədər davam edəcək.

Toplanışa böyük məşqçi Əsgərxan Novruzov, həmçinin məşqçilər Vahid Məmmədov və Yaşar Əliyev rəhbərlik edirlər.

Azərbaycan millisi Xaçmazdakı hazırlıq prosesinə bu güləşçilərlə yollanıb:

45 kq: Cəfər Cəfərov, Eltun Mamedov, Elgün Mamedov
48 kq: Bəşir Verdiyev, Elruz Paşayev, Muhamməd İsmayılov
51 kq: Seyhun Əlizadə, Sədrəddin Həsənov, Sadiq Hüseynov, Hüseyn Hüseynov
55 kq: Hacı Kərimov, Əli Əliyev
60 k1: Camal Abbasov, Ağa Qasımov, Məhəmməd Əsgərov
65 kq: Mirzağa Axundov, Fəqan Mustafayev
71 kq: İsmayıl Rəhimli, Muradxan Omarov, Məhəmməd Abbaszadə
80 kq: Şeyxəli Babazadə, Vüqar Hümbətov
92 kq: Səid Paşayev, Fərhad Süleymanlı
110 kq: Yusif Dursunov, İsmayıl Kərimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: