Bu gün UEFA Millətlər Liqasında Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gələcək Azərbaycan millisinin heyətində dəyişikliklər var.
Arena.az xəbər verir ki, yığmaya cəlb edilmiş 30 futbolçudan 7-nin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Bunlar Renat Dadaşov, Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə və Fərid Yusiflidir. Onlardan yalnız Renat zədəlidir, digərləri isə zəif rəqiblə oyunu buraxıb Litva ilə 3 gün sonrakı matça tam hazır olmalıdırlar.
Azərbaycan millisinin Lixtenşteynlə oyun üçün 23-lüyü belədir:
Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”);
Müdafiəçilər: Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Elvin Bədəlov (“Neftçi”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”);
Yarımmüdafiəçilər: Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov ( “Neftçi”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev ( “Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev (“Kişvarda”, Macarıstan);
Hücumçular: Vüsal İsgəndərli (“Malişeva”, Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa).
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununa saat 20:00-da start veriləcək.


