Azərbaycan millisinin Litva ilə oyunu üçün 24 futbolçu

Qadınlardan ibarət Azərbaycan millisinin Millətlər Liqasının seçmə mərhələsində Litvaya qarşı keçiriləcək ev oyunu üçün yekun heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Millimiz mayın 20-dən Bakıda təlim-məşq toplanışına başlamışdı. Bu gün isə yekun heyət açıqlanıb. Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.

Azərbaycan millisinin yekun heyətini diqqətinizə çatdırırıq:

  1. Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
  2. Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
  3. Günay İsmayılova – Neftçi
  4. Mehriban Şahməmmədova – Neftçi
  5. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  6. Manə Mollayeva – Neftçi
  7. Fidan Cəfərova – Neftçi
  8. Yeliz Acar – Fatih Vətən (Türkiyə)
  9. Kamilla Məmmədova – Okjetpes (Qazaxıstan)
  10. Vüsalə Seyfəddinova – Neftçi
  11. Firəngiz Teymurova – Neftçi
  12. Jalə Məhsimova – Amed Spor (Türkiyə)
  13. Coşqunə Əliyeva – Neftçi
  14. Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
  15. Ayşən Əhmədova – Ünyespor Türkiyə)
  16. Alina Dorofeyeva – Rubin Kazan (Rusiya)
  17. Diana Məmmədova – Rubin Kazan (Rusiya)
  18. Milana Rəhimova – Ünyespor (Türkiyə)
  19. Ayşən Salamzadə – Neftçi
  20. Xanım Əsədova – Neftçi
  21. Aysun Muradova – Gölbaşı Belediye Spor (Türkiyə)
  22. Alina Nəhmədova – Neftçi
  23. Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
  24. Esra Manya – Fatih Vətən (Türkiyə)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: