Azərbaycan millisinin növbəti oyunlarının vaxtı bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyununun məkanı və başlama saatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA Millətlər Liqasının C Liqasında 3-cü qrupda yer alan millimiz dekabrın 1-də Kipr və 5-də Farer adaları komandasına qarşı keçirəcək oyunların məkanı və başlama vaxtı məlum olub. Kipr yığması ilə oyun Limassoldakı “Limassol” stadionunda baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Farer adaları ilə qarşılaşma isə “Dalğa Arena”da keçiriləcək. Bakıdakı oyuna da saat 19:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisinin yer aldığı 3-cü qrupda Monteneqro, Kipr və Farer adaları da mübarizə aparırlar. Millimiz bu qrupda 10 xalla vahid liderdir. Monteneqro 6 xalla 2-ci, Kipr 4 xalla 3-cüdür. Xalsız olan Farer adaları isə sonuncudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: