Azərbaycan millisinin Türkiyə ilə oyunu üçün Türkiyədən 18 futbolçu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin aprel ayında Türkiyə yığmasına qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov qarşıdakı iki sınaq matçı üçün milliyə 23 futbolçu dəvət edib.

Heyətdə yer alan futbolçulardan 18-i elə Türkiyə klublarında çıxış edən oyunçulardır. Onların da əksəri milliləşdirilmiş Türkiyə əsilli futbolçulardır. Üç futbolçu Rusiya klublarından dəvət alıb. Ölkəmizdə çıxış edən oyunçulardan isə yalnız ikisi milliyə çağırılıb.

Xatırladaq ki, yoldaşlıq oyunları aprelin 8-də və 11-də “Dalğa Arena”da baş tutacaq. Bu məqsədlə yığmamızın Bakıda təlim-məşq toplanışı da olacaq. Təlim-məşq toplanışının dəqiq müddəti açıqlanmır.

Azərbaycan millisinin heyətinə cəlb olunmuş futbolçuların siyahısını təqdim edirik:

  1. Aytac Şərifova – Trabzonspor (Türkiyə)
  2. Günay İsmayılova – Amedspor (Türkiyə)
  3. Nərgiz Əliyeva – Ereğli Bələdiyyəspor (Türkiyə)
  4. Göknur Güləryüz – Fənərbağça (Türkiyə)
  5. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  6. Kamilla Məmmədova – Kayseri (Türkiyə)
  7. Nərgiz Hacıyeva – Trabzonspor (Türkiyə)
  8. Manə Mollayeva – 8 – iOEUGiM
  9. Ayşən Əhmədova – Fomget və Genclik Spor (Türkiyə)
  10. Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
  11. Diana Məmmədova – Yenisey (Rusiya)
  12. Sona Rəhimova – Amedspor (Türkiyə)
  13. Coşqunə Əliyeva – Kayseri (Türkiyə)
  14. Vüsalə Hacıyeva – Amedspor (Türkiyə)
  15. Vüsalə Seyfəddinova – Amedspor (Türkiyə)
  16. Firəngiz Teymurova – 8 – iOEUGiM
  17. Jalə Məhsimova – Ereğli Bələdiyyəspor (Türkiyə)
  18. Yeliz Acar – Fatih Vatan (Türkiyə)
  19. Peritan Bozdağ – Fatih Vatan (Türkiyə)
  20. Esra Manya – Beşiktaş (Türkiyə)
  21. Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
  22. Nazlıcan Parlak – Fənərbağça (Türkiyə)
  23. Bilge Su Koyun – Fatih Vatan (Türkiyə)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: