Futbol üzrə Azərbaycan Premyer Liqası 2023-cü ilin yekunlarına əsasən, dünya reytinqində bir pillə irəliləyib.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı yüksək liqalarını açıqlayıb.
IFFHS-nin rəsmi saytında dərc olunmuş siyahıda Azərbaycan Premyer Liqası da yer alıb. Ölkə çemponatı 2023-cü ilin yekunlarına əsasən, 429,75 xalla 40-cı olub. Premyer Liqamız 2022-ci illə müqayisədə bir pillə irəliləyib.
İtaliya A Seriyası 1619,5 xalla siyahıya başçılıq edir. İngiltərə Premyer Liqası 1567 xalla ikinci, İspaniya La Liqası 1447 xalla üçüncü sıradadır.
Sonda IFFHS-in dünya reytinqinin ilk 50 pilləsində qərarlaşmış milli çempionatların siyahısını təqdim edirik:
- İtaliya – 1619,5
- İngiltərə – 1567
- İspaniya – 1447
- Braziliya – 1290,5
- Almaniya – 1282,75
- Fransa – 1143,25
- Portuqaliya – 1097
- Niderland – 1049,75
- Belçika – 1004,75
- Argentina – 966,5
- Kolumbiya – 877,5
- Türkiyə – 838,25
- Paraqvay – 802
- Çexiya – 784,25
- Yunanıstan – 762,75
- Şotlandiya – 691,75
- Ekvador – 675,5
- Rumıniya – 668,5
- Danimarka – 657,25
- Misir – 633,5
- İsrail – 622,75
- Xorvatiya – 620
- Avstriya – 612,75
- Ukrayna – 609,25
- Serbiya – 608
- Polşa – 561,25
- Uruqvay – 551
- Mərakeş – 540,5
- İsveçrə – 508,75
- Bolqarıstan – 498,5
- Cənubi Koreya – 484,5
- Kipr – 482
- Səudiyyə Ərəbistanı – 479,5
- Peru – 472,5
- Norveç – 472,5
- Meksika – 470
- Çili – 464
- Şimali İrlandiya – 445,5
- Yaponiya – 438,5
- Azərbaycan – 429,75
- Albaniya – 410,5
- Sloveniya – 408,75
- Kosovo – 402,75
- Əlcəzair – 390,5
- Ermənistan – 388
- Latviya – 386,25
- Slovakiya 383,5
- Macarıstan – 382,75
- İrlandiya – 381
- Kosta Rika – 376,5


