Azərbaycan milli komandasının sentyabrın 23-də Tacikistan yığması ilə Bakıda keçirəcəyi yoxlama oyununun hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Roman Jitari olacaq. Ona yan xətt hakimləri Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli ədalət təmsilçilərindən Kamranbəy Rəhimov yerinə yetirəcək.
VAR-da isə Özbəkistandan olan Abduraşıd Xudoyberganovla yerli hakim Kamran Bayramov çalışacaqlar.
Yoxlama oyunu
23 sentyabr
Azərbaycan – Tacikistan
Baş hakim: Roman Jitari (Moldova).
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Vadim Vikol (Moldova).
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan).
VAR: Abduraşıd Xudoyberganov (Özbəkistan).
AVAR: Kamran Bayramov (Azərbaycan).
Bakı. 8-ci km qəsəbə stadionu. Saat 20:00.
Yeri gəlmişkən, bu oyundan öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin də vaxtı açıqlanıb:
22 sentyabr
Tacikistan milli komandası
17:15. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
19:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Mətbuat konfransları və açıq məşqlər də 8-ci km stadionunda keçiriləcək.


