Azərbaycanı 2022-ci ildə beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin yeni siyahısı açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Siyahıda 16 hakimin adı qeyd olunub. 2022-ci ildə Azərbaycanı beynəlxalq arenada üç FİFA referisi təmsil edəcək. Bunlar Əliyar Ağayev, Rauf Cabbarov və Elçin Məsiyevdir. FİFA referi köməkçiləri isə 8 nəfərdir. Maraqlıdır ki, onların arasında ikisi xanımdır – Sevda Nurıyeva və Gülnurə Əkbərzadə.
Gələn üç futzal hakimi, iki çimərlik futbolu hakimi beynəlxalq oyunlara təyinat ala biləcək.
Bu arada Azərbaycanın FİFA referilərinin sayı azalıb. Belə ki, 2022-ci ildə ölkəmizi beynəlxalq arenada təmsil edəcək əsas hakimlərin sayı 3-ə endirilib. Yuliya Qurbanovanın adı növbəti il üçün tərtib olunmuş siyahıdan çıxarılıb. Buna Qurbanovanın karyerasını başa vurması səbəb olub.
Azərbaycanı 2022-ci ildə beynəlxalq oyunlarda təmsil edəcək hakimlərin tam siyahısını təqdim edirik:
Referilər
- Ağayev Əliyar
- Məsiyev Elçin
- Cabbarov Rauf
Referi köməkçiləri
- Əmirəli Akif
- Zeynalov Zeynal
- Abdullayev Elşad
- Hüseynov Namiq
- Talıbov Pərvin
- Yusifov Cavanşir
- Nurıyeva Sevda
- Əkbərzadə Gülnurə
Futzal
- Qafarlı Hikmət
- Cəbrayılov Əli
- Əmiraslanov Knyaz
Çimərlik futbolu
- Məmmədov İnqilab
- Nağıyev Nail


