Bəxtiyar Həsənalızadə “Bodrumspor”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 15-ci turu çərçivəsində baş tutan “Bodrumspor”la oyunun iştirakçısı olub.

“Tuzlaspor” səfərdə baş tutan qarşılaşmadan 1 xalla ayrılıb – 1:1. Hesabı meydan sahibləri açsa da, futbolçumuzun komandası 90+5-ci dəqiqədə məğlubiyyətdən xilas olmağı bacarıb.

Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.

“Tuzlaspor” hazırda 13 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 12 oyuna çıxıb və 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: