Bəxtiyar Həsənalızadə üçün uğursuz debüt

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində ilk rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 3-cü turu çərçivəsində baş tutan “Eyüpspor”la oyunun iştirakçısı olub.

“Tuzlaspor”un meydanında baş tutan qarşılaşma futbolçumuzun komandası üçün biabırçı məğlubiyyətlə başa çatıb – 0:5.

Bəxtiyar bu oyuna start heyətində başlayıb. Lakin o, 23 dəqiqəyə buraxdıqları 3 qoldan sonra 27-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. Lakin 30 yaşlı futbolçunun debüt matçı uğursuz alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: