Bəxtiyar Həsənalızadənin komandasından səfərdə inamlı qələbə

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi Türkiyənin “Tuzlaspor” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 17-ci turu çərçivəsində “Gənclərbirliyi” ilə qarşılaşıb.

Səfərdə baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğurlu alınıb.“Tuzlaspor” meydanı inamlı qələbə ilə tərk edib – 2:0.

Həsənalızadə bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

“Tuzlaspor” hazırda 16 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 13 oyuna çıxıb və 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: