“Barselona” 18 yaşlı Vitor Roke üçün əlləşir

İspaniya çempionu “Barselona” Braziliyanın “Atletiko Paranaense” klubunun 18 yaşlı hücumçusu Vitor Roke ilə güclənməyə hazırlaşır.

Arena.az bu barədə “Ge Globo”ya istinadən məlumat verir.

Belə ki, “Atletiko Paranaense”nin baş direktoru və icraçı direktoru Aleksandr Mattos, eləcə də braziliyalı hücumçunun agenti Andre Küri bu transferlə bağlı danışıq aparmaq üçün Barselonaya gəliblər.

Mənbənin məlumatına görə, tərəflər yaxın günlərdə hücumçu ilə bağlı danışıqlarda irəliləyiş əldə etməyə ümidlidirlər. Transferin şərtləri qaydasındadır, lakin Kataloniya klubu transferi başa çatdırmaq üçün maliyyə feyr-pleyi üzrə müvafiq məsələləri həll etməlidirlər.

Daha əvvəl Rokenin “Barselona” ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayacağı, transfer məbləğinin isə 40 milyon avro olacağı bildirilirdi.

2022/2023 mövsümündə Vitor Roke “Atletiko Paranaense”nin heyətində 25 oyuna çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: