“Barselona” Braziliya millisinin üzvü ilə gücləndi

İspaniyanın “Barselona” klubu növbəti transferini rəsmiləşdirib.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi “Betis”dən Emerson Royalı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Emerson 2019-cu ildə “Barselona”dan icarə əsasında “Betis”ə keçmişdi. Bir sözlə, Kataloniya klubu öz futbolçusunu geri qaytarıb.

Emerson Braziliya milli komandasının da üzvüdür. Ölkəsində “Ponte Preta” və “Atletiko Mineyro”nun formasını geyinən futbolçu, “Barselona”ya elə 2019-cu ildə transfer edilmişdi.

“Barselona” bu yay Serxio Aquero və Erik Qarsiyanı da transfer edib.