İspaniyanın “Barselona” klubunun rəhbərliyi təcili surətdə satış transferləri həyata keçirməyi nəzərdə tutub.
Arena.az bu barədə AS portalına istinadən xəbər verir.
Mənbənin məlumatına görə Kataloniya nəhəngi qarşıdakı iki gün ərzində komandanın üç futbolçusunu transferə çıxararaq təcili surətdə satmaq niyyətindədir. Bunlar – yarımmüdafiəçi Frank Kessye və müdafiəçilər – Serjinyo Dest və Kleman Lanqledir. Adı çəkilən futbolçular Xavinin qarşıdakı mövsüm üçün qurduğu planlara daxil deyillər.
“Barselona” bu üç futbolçu üçün çərşənbə günü, iyulun 19-na kimi yeni komanda tapmaq niyyətindədirlər. “Barsa”nın müştəriləri elə, qapıdadırlar. Belə ki, Kleman Lenqle “Tottenhem”in, Frank Kessye “Yuventus”un maraq dairəsindədir. Serjinyo Dest isə “Ayaks”a qayıda bilər.
“Barselona” rəhbərliyi bu transferləri həyata keçirməklə klubun maddi büdcəsini tənzimləmək fikrindədir.


