“Barselona” De Yonqun maaşına əl gəzdirməyə hazırlaşır

“Barselona” rəhbərliyi Kataloniya klubunun üzərinə düşən maliyyə yükünü azaltmaq məqsədilə tədbirləri nəzərdən keçirir.

Arena.az xəbər verir ki, bu məqsədlə klub “blauqrana”nın 27 yaşlı niderlandlı hücumameyilli yarımmüdafiəçisi Frenki de Yonqla müddəti 2026-cı ilin yayında başa çatacaq əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar prosesini sürətləndirmək niyyətindədir.

Bu barədə Sports.es dərgisi məlumat yayıb. Mənbənin məlumatına görə, klubun planı De Yonqun yüksək maaşını bir neçə il ərzində yeni uzunmüddətli müqavilə üzrə paylamaqdır. Bu yolla “Barselona” maaş cədvəlində yer boşaltmağı planlaşdırır.

Daha əvvəl məlumat yayılmışdı ki, De Yonqun maaşı ildə 37,5 milyon avro təşkil edir. Bu da İspaniya La Liqasında ən yüksək göstəricidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: