“Barselona” “blauqrana”nın ispan futbolçuları – yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktoru qeydiyyatdan keçirə bilməyib.
Arena.az məlumat verir ki, İspaniya La Liqasının rəsmi saytında, Kataloniya klubunun öz futbolçularını İspaniya La Liqasının ikinci dövrəsi üçün qeydiyyata salmaq məqsədilə seçim təqdim etmədiyi haqda xüsusi bəyanat yerləşdirilib:
“Barselona” maliyyə nəzarəti qaydalarına uyğun olaraq 2025-ci il yanvarın 2-dən etibarən ixtiyari futbolçunun qeydiyyata alınmasına imkan verən digər seçim təqdim etməyib”, – bəyanatda deyilir.
Kataloniya klubu yaranmış vəziyyətə dair rəsmi saytında açıqlama paylaşıb:
“Barselona” Daniel Olmo və Pau Viktora yeni lisenziya almaq üçün İspaniya Kral Futbol Federasiyasına (RFEF) ərizə təqdim edib. Klubumuz bu məsələ ilə bağlı rəhbər orqanlardan möhlət tələb etdiyini və ya aldığını rədd edir”, – “blauqrana”nın açıqlamasında deyilir.
Xatırladaq ki, da əvvəl, İspaniya La Liqası müvafiq maliyyə tələblərinə əsaslanaraq, bu klubun futbolçularını qeydiyyatdan keçirməkdən imtina edirdi. Bildirilib ki, klub bu vəziyyətdən çıxış yolları axtarmağa davam edir.
Vurğulayaq ki, Olmonun müqaviləsində, “Barselona” futbolçunu cari mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçirə bilməyəcəyi halda, Olmonun azad agent olacağı haqda müvafiq maddə var.


