“Barselona” rəhbərliyi Qavi, Ronald Arauxo, Serci Roberto və digər oyunçuların yeni müqavilələrinin mütləq qeydə alınacağını bildirib.
Arena.az bu barədə COPE-nin Kataloniya klubunun iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduardo Romeuya istinadı əsasında xəbər verir.
Qavi, Ronald Arauxo, Markos Alonso, Serci Roberto və İnyaki Penyanı qeydiyyatdan keçirmək üçün iyulun 1-nə qədər gözləmək gərəkdir. Həmin tarixdən etibarən qeydiyyat mümkün olacaq.
Eduardu Romeu bildirib ki, bu məqsədlə idarə heyəti La Liqaya 6 milyon avro məbləğində zəmanət verməli olacaq:
“Biz müqavilələri qeydiyyatdan keçirə biləcəyik, zəmanət verməli olacağımıza rəğmən, bu, bizi narahat etmir”, deyə Romeu klubun bu məsələdə mövqeyini açıqlayıb.
Xatırladaq ki, “Barselona” maliyyə feyr-pleyi öhdəliyini icra edən klublar sırasında yer aldığından müvafiq məsələlərdə şəffaflıq nümayiş etdirir.


