“Barselona” Karles Alenanı da satdı

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Karles Alenanı “Xetafe”yə satıb. Arena.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Lakin “Barselona” istənilən vaxt futbolçusunu geri almaq hüququnu özündə saxlayıb. Üstəlik, Karlesin gələcəkdəki istənilən satışından 50 faiz pay məhz “Barselona”ya çatacaq.

“Barselona”nın yetirməsi olan Karles Alenya ötən mövsümü icarə əsasında məhz “Xetafe”də keçirmişdi. O, 2020-ci ildə “Betis”də də icarədə oynayıb. İspan yarımmüdafiəçi Kataloniya təmsilçisinin əsas komandasında bütövlükdə 44 matça çıxıb, 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: