“Barselona”nın yeniyetmə ispan dayaq yarmmüdafiəçisi Mark Bernal aldığı ciddi zədə səbəbi ilə cərrahi əməliyyat edilib.
Arena.az bu barədə “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, “blauqrana”nın 17 yaşlı yarımmüdafiəçisi avqustun 27-də İspaniya La Liqasının 3-cü turunun “Rayo Valyekano” ilə oyununda (2:1) ciddi zədə almışdı. Bernala, sol dizin ön çarpaz bağının və xarici meniskinin zədələnməsi diaqnozu qoyulmuşdu.
Əməliyyatı aparmış həkim Joan Carles Monlyau cərrahi müdaxiləni klubun tibbi xidmətinin nəzarəti altında uğurla həyata keçirib. Hazırda futbolçu müddəti 12 aya qədər təxmin edilən bərpa mərhələsinə hazırlaşır.
Dayaq yarımmüdafiəçisi Mark Bernal “Barselona”nın yetirməsidir. Yeniyetmə “dayaqçı” “blauqrana”nın əsas komandasına cari ilin iyulunda keçirilmişdi.
Cari mövsümdə Bernal “Barsleona” üçün 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Bernal İspaniyanın U-16 və U-17 yığmalarına cəlb edilib, U-17 yığmasında isə 11 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
Mark Bernal böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispan dayaq yarmmüdafiəçisinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.