Basketbol üzrə dünya çempionatının təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Kosovo oyununun başlama saatı dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu qarşılaşma fevralın 25-də, günorta saatlarında baş tutacaq.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq matçın startı 19:00-a planlaşdırılırdı. Lakin yeni açıqlamada bildirilir ki, Azərbaycan – Kosovo oyunu saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsində ilk oyununu fevralın 22-də İsveçrəyə qarşı keçirəcək. Səfər görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Basketbol üzrə dünya çempionatı 2027-ci ildə Qətərdə keçiriləcək.


