Basketbol: Azərbaycan millisi bu gün İsveçrənin qonağı olacaq

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu millimiz İsveçrə yığmasının qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu qrupun digər oyununda Kosovo yığması doğma meydanda İrlandiya millisini sınağa çəkəcək.

Xatırladaq ki, Azərbaycan millisi fevralın 25-də Bakıda Kosovo yığmasını qəbul edəcək. “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq həmin oyuna saat 14:00-da start veriləcək.

Qeyd edək ki, basketbol üzrə dünya çempionatı 2027-ci ildə Qətərdə təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: