Basketbol: Azərbaycan millisi ilk oyunda Litvaya məğlub oldu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, yığmamız səfərdə Litva yığması ilə qarşılaşıb.

Komandamız bu görüşdə 62:99 hesabıyla məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi üç gün sonra Bakıda Belçika yığmasını qəbul edəcək.

C qrupunda yer almış millimizin qrupunda Litva və Belçika ilə yanaşı, Polşa yığması da mübarizə aparır. Bu gün qrupun digər oyununda Polşa yığması Belçikaya 67:62 hesabıyla qalib gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaş: