Basketbol: Azərbaycan millisi qrupda qaldı, “Neftçi” 1/4 finalda!

Bu gün Azərbaycanın Astara şəhərində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə start verilib. Arena.az xəbər verir ki, bu yarışda 12 komanda 4 qrupda mübarizə aparıb:

A qrupu: Almaniya, Misir, Ukrayna
B qrupu: Çin, Çexiya, Avstriya
C qrupu: Polşa, “Yuanda” klubu, Azərbaycan
D qrupu: Rumıniya, Macarıstan, “Neftçi” klubu

Dünya Qadın Seriyasının Astara mərhələsinin açılış oyunu Almaniya və Ukrayna seçmələri arasında baş tutub. Turnirin açılış oyununda Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, həmçinin Elm və Təhsil Naziri Emin Əmrullayev də iştirak ediblər. Açılış oyununda Ukrayna kollektivi 15:14 hesablı qələbə qazanıb

C qrupunda yer alan Azərbaycan millisi ilk oyununu Polşa seçməsinə qarşı keçirib. Yığmamız bu oyundan 7:22 hesablı məğlubiyyətlə ayrılıb.

D qrupunda qərarlaşan “Neftçi” klubu isə Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 15:12 hesabı ilə qalib ayrılıb.

Milli komandamız qrupdakı sonuncu oyununda “Yuanda” klubuna da 9:21 hesabı ilə məğlub olub. Nəticədə millimiz mübarizəni qrupdaca dayandırıb.

D qrupunun sonuncu oyununda Macarıstan seçməsi ilə qarşılaşan “Neftçi” isə bu görüşdən də 17:15 hesabı ilə qalib ayrılıb. Nəticədə Azərbaycan komandası 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

1/4 finalda “Neftçi”nin rəqibi Çin millisi olacaq. Mayın 21-də baş tutacaq oyuna saat 14:30-da start veriləcək.

1/4 finalın digər oyunlarında bu komandalar üz-üzə gələcəklər: Ukrayna – Polşa, Avstriya – Macarıstan, “Yuanda” – Misir.

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsində qrup mərhələsi çərçivəsində baş tutan oyunlarda qeydə alınan nəticələr belə olub:

A qrupu
Almaniya – Ukrayna 14:15
Almaniya – Misir 15:16
Misir – Ukrayna 12:20

B qrupu
Çin – Avstriya 13:14
Çin – Çexiya 21:10
Çexiya – Avstriya 9:21

C qrupu
Polşa – Azərbaycan 22:7
Polşa – “Yuanda” 16:18
“Yuanda” – Azərbaycan 21:9

D qrupu
Rumıniya – “Neftçi” 12:15
Rumıniya – Macarıstan 18:19
Macarıstan – “Neftçi” 15:17

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: