Basketbol: Azərbaycan millisi startda İsveçrəyə uduzdu

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu millimiz İsveçrə yığmasının qonağı olub.

Bakı vaxtı ilə saat 22:00-da başlamış qarşılaşma millimiz üçün uğursuz alınıb. Komandamız meydanı 53:72 hesablı məğlubiyyətlə tərk edib.

Bu qrupun digər oyununda Kosovo yığması doğma meydanda İrlandiya millisini sınağa çəkib. Kosovolular 83:76 hesabıyla qalib gəliblər.

Xatırladaq ki, Azərbaycan millisi fevralın 25-də Bakıda Kosovo yığmasını qəbul edəcək. “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq həmin oyuna saat 14:00-da start veriləcək.

Qeyd edək ki, basketbol üzrə dünya çempionatı 2027-ci ildə Qətərdə təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: