Basketbol: Çempion autsayderi yendi, zirvəyə yüksəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 16-cı turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.

Günün yeganə qarşılaşması “Sərhədçi” İdman Mərkəzində keçirilib. Burada ötən mövsümün qalibi olmuş “Sabah”la cari mövsümün aşkar autsayderinə çevrilmiş “Şəki” komandaları üz-üzə gəliblər. Paytaxt təmsilçisi bu oyundan 93:80 hesablı qələbə ilə ayrılıb.

16-cı turun digər oyunları (“Gəncə” – “Cəlilabad”, “Sumqayıt” – “Xəzri”, “NTD-İndiqo” – “Neftçi”) aprelin 5, 6 və 7-də keçiriləcək. Turun bir gün öncə baş tutmuş ilk oyununda “Xırdalan” “Sərhədçi”yə 112:105 hesabıyla qalib gəlmişdi.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

1. Sabah (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal

    2. Xəzri (15 oyun, 13 qələbə, 2 məğlubiyyət) – 28 xal

    3. Neftçi (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal

    4. NTD-İndiqo (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal

    5. Xırdalan (16 oyun, 10 qələbə, 6 məğlubiyyət) – 26 xal

    6. Sərhədçi (16 oyun, 6 qələbə, 10 məğlubiyyət) – 22 xal

    7. Cəlilabad (15 oyun, 5 qələbə, 10 məğlubiyyət) – 20 xal

    8. Sumqayıt (15 oyun, 5 qələbə, 10 məğlubiyyət ) – 20 xal

    9. Gəncə (15 oyun, 3 qələbə, 12 məğlubiyyət) – 18 xal

    10. Şəki (16 oyun, 16 məğlubiyyət) – 15 xal

    Xəbəri sosial şəbəkələrdə paylaş: