Bu gün kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25 mövsümünün pley-in mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu.
Lakin “Abşeron” – NTD oyunu təxirə salınıb. Bu görüş Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problem üzündən keçirilməyib. Azərbaycan Basketbol Federasiyasının yaydığı məlumata görə, qarşılaşma sabah baş tutacaq və saat 16:00-da start götürəcək.
Günün digər oyununda Gəncədə eyniadlı komanda “Lənkəran”a qalib gəlib.
Bu mərhələnin digər iki cütündə də ilk matçlar sabah keçiriləcək. Yarışın reqlamentinə əsasən, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.
Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsinin ilk oyunları
10 aprel
“Gəncə” – “Lənkəran” 96:92 (22:22, 25:27, 16:21, 33:22)
Gəncə İdman Sarayı.
“Abşeron” – NTD oyunu təxirə salınıb
Abşeron Olimpiya İdman Kompleksi.


