Basketbol Liqası: “AAAF Xırdalan”dan son oyunda qələbə

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının sonuncu – 28-ci turunun daha bir oyunu baş tutub. Arena.az xəbər verir ki, müntəzəm çempionatın sonuncu turunun ikinci oyununda “Zirvə” (Astara) və “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.

“AAAF Xırdalan” rəqibi üzərində 109:96 hesablı qələbəyə sevinib. Nəticədə Xırdalan təmsilçisi turnir cədvəlində müvəqqəti də olsa, üçüncü pilləyə yüksəlib. Komanda ən pis halda müntəzəm çempionatın cari mövsümünü 4-cü pillədə tamamlayacaq.

Qalib komandanın ən məhsuldar basketbolçusu Endryu Korum olub – 31 xal, 9 ribaund. Astara təmsilçisində isə Ruşard Kruikşenk fərqlənib – 27 xal, 5 ribaund.

Xatırladaq ki, son turun birinci oyununda “Gəncə” “Sərhədçi” üzərində qələbəyə sevinmişdi – 102:85. Bu turun qalan iki oyunu (“Sabah” – “Olimpik Şəki” və NTD – “Neftçi” İK) isə aprelin 29-na təsadüf edəcək.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

1. Sabah (27 oyun, 20 qələbə, 7 məğlubiyyət) – 47 xal

2. Gəncə (28 oyun, 20 qələbə, 8 məğlubiyyət) – 48 xal

3. AAAF Xırdalan (28 oyun, 19 qələbə, 9 məğlubiyyət) – 47 xal

4. NTD (27 oyun, 19 qələbə, 8 məğlubiyyət) – 46 xal

5. Sərhədçi (28 oyun, 14 qələbə, 14 məğlubiyyət) – 42 xal

6. Zirvə (28 oyun, 7 qələbə, 21 məğlubiyyət) – 37 xal

7. Neftçi İK (27 oyun, 9 qələbə, 18 məğlubiyyət) – 36 xal

8. Olimpik (27 oyun, 2 qələbə, 25 məğlubiyyət) – 29 xal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: