Bu gün Gəncə Olimpiya İdman Kompleksində baş tutan bir oyunla Azərbaycan Basketbol Liqasının 23-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, günün yeganə oyununda yerli “Gəncə” komandası Astrara təmsilçisi “Zirvə” ilə üz-üzə gəlib.
Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər doğma azarkeşlərinin gözü önündə 98:89 hesablı qələbəyə seviniblər. Sözügedən komanda bu qələbə sayəsində pley-off zonasındakı yerini bir qədər də möhkəmləndirib. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Kollin Törner olub – 34 xal, 11 asist. “Zirvə”də isə Darin Conson fərqlənib – 24 xal, 4 ribaund.
Xatırladaq ki, turun ilk oyununda “AAAF Xırdalan” “Sabah”a 84:69 hesabıyla qalib gəlmişdi. Ötən gün isə NTD “Olimpik”ə (Şəki) 102:71, “Neftçi” İK isə “Sərhədçi”yə 89:77 hesabıyla məğlub etmişdi.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. NTD (23 oyun, 17 qələbə, 6 məğlubiyyət) – 40 xal
2. AAAF Xırdalan (22 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal
3. Sabah (23 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal
4. Gəncə (23 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal
5. Sərhədçi (23 oyun, 13 qələbə, 10 məğlubiyyət) – 36 xal
6. Neftçi İK (23 oyun, 8 qələbə, 15 məğlubiyyət) – 31 xal
7. Zirvə (23 oyun, 4 qələbə, 19 məğlubiyyət) – 28 xal
8. Olimpik (23 oyun, 2 qələbə, 21 məğlubiyyət) – 25 xal


