Basketbol Liqası: “Sabah” təxirə salınmış matçdan qalib ayrıldı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 2-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçı Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.

Burada yerli “Sabah” və “NTD-İndiqo” komandaları üz-üzə gəliblər. Görüş “Sabah”ın 81:70 hesablı qələbəsi ilə bitib. Qalib komandanın ən məhsuldar basketbolçusu Kivon Devenport olub – 27 xal, 7 ribaund. “NTD-İndiqo”da isə Qriffin Remmi fərqlənib – 13 xal, 9 assist.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
  2. Neftçi (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
  3. Sabah (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
  4. NTD-İndiqo (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 8 xal
  5. Cəlilabad (5 oyun, 3 qələbə, 2 məğlubiyyət) – 8 xal
  6. Xırdalan (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
  7. Sərhədçi (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
  8. Sumqayıt (5 oyun, 1 qələbə, 4 məğlubiyyət ) – 6 xal
  9. Gəncə (5 oyun, 1 qələbə, 4 məğlubiyyət) – 6 xal
  10. Şəki (5 oyun, 5 məğlubiyyət) – 5 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: