Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Şəki Olimpiya İdman Kompleksində baş tutub. Burada yerli “Şəki” ilə paytaxtın “Xəzri” komandaları üz-üzə gəliblər. “Xəzri” 63:52 hesablı qələbə qazanaraq sürprizə imkan verməyib və yenidən liderliyi ələ keçirib. Qalib komandanın ən məhsuldar basketbolçusu Endryu Platek olub – 18 xal, 1 ribaund. “Şəki”də isə Pol Dibal fərqlənib – 15 xal, 6 ribaund.
5-ci turun əvvəlki oyunlarında “Sərhədçi” “Gəncə”yə 109:108, “NTD-İndiqo” “Xırdalan”a 96:86, “Cəlilabad” “Sumqayıt”a 86:74, “Neftçi” də “Sabah”a 96:93 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
- Neftçi (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
- NTD-İndiqo (4 oyun, 4 qələbə) – 8 xal
- Cəlilabad (5 oyun, 3 qələbə, 2 məğlubiyyət) – 8 xal
- Sabah (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
- Xırdalan (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
- Sərhədçi (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
- Sumqayıt (5 oyun, 1 qələbə, 4 məğlubiyyət ) – 6 xal
- Gəncə (5 oyun, 1 qələbə, 4 məğlubiyyət) – 6 xal
- Şəki (5 oyun, 5 məğlubiyyət) – 5 xal


