Basketbol Liqası: “Xəzri”dən ardıcıl ikinci qələbə

Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyunu “Sərhədçi” İdman Mərkəzində baş tutub.

İlk turda qələbə qazanmış “Xəzri” region təmsilçisi “Gəncə” ilə qarşılaşıb. Qarşılaşma paytaxt klubunun 93:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın ən məhsuldar basketbolçusu Endryu Platek olub – 19 xal, 5 ribaund. “Gəncə”nin heyətində isə Derek Rouds fərqlənib – 19 xal, 1 ribaund.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq.

Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

2-ci turun qalan oyunları 3-5 noyabr aralığında baş tutacaq:

“Sumqayıt” – “Xırdalan”
“Cəlilabad” – “Neftçi”
“Şəki” – “Sərhədçi”
“Sabah” – “NTD-İndiqo”

Xəbəri sosial şəbəkələrdə paylaş: