Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 21-ci tura start verilib. Arena.az xəbər verir ki, turun ilk oyununda lider NTD və “Neftçi” İK basketbolçuları üz-üzə gəliblər.
Oyuna NDT basketbolçuları daha üstün başlayıblar. Sözügedən komanda yekunda bu rəqibi üzərində 109:80 hesablı qələbəyə sevinib. Nəticədə lider zirvədəki mövqeyini daha da möhkəmləndirib.
“Neftçi”nin heyətində ən məhsuldar basketbolçu Yuri Kondrakov olub. O, 26 xal, 5 ribaundla diqqət çəkib. NTD-dən isə Kuinton Kempbel ön plana çıxıb. O, 26 xal və 7 ribaundla komandasının qələbəsində önəmli pay sahiblərindən biri olub.
21-ci turun digər oyunları 9, 11 və 12 mart tarixlərində keçiriləcək. “AAAF Xırdalan” “Zirvə Astara”nı, “Gəncə” “Sərhədçi”ni, “Olimpik Şəki” isə “Sabah”ı qəbul edəcək.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
- NTD (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
- Sabah (20 oyun, 14 qələbə, 6 məğlubiyyət) – 34 xal
- AAAF Xırdalan (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
- Sərhədçi (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
- Gəncə (19 oyun, 12 qələbə, 7 məğlubiyyət) – 31 xal
- Neftçi İK (21 oyun, 7 qələbə, 14 məğlubiyyət) – 28 xal
- Zirve Astara (19 oyun, 4 qələbə, 15 məğlubiyyət) – 23 xal
- Olimpik Şəki (20 oyun, 2 qələbə, 18 məğlubiyyət) – 22 xal


