Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 22-ci tura start verilib. Arena.az xəbər verir ki, turun ilk oyununda “Neftçi” İK və “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.
Oyuna üstün başlayan “AAAF Xırdalan” basketbolçuları yekunda da qələbəyə sevinən tərəf olublar. Sözügedən komanda rəqibi üzərində 95:83 hesablı qələbəyə sevinib.
“Neftçi”nin heyətində ən məhsuldar basketbolçu Yuri Kondrakov olub. O, 20 xal və 6 ribaundla diqqət mərkəzinə düşüb. “AAAF Xırdalan”da isə Endryu Korum fərqlənib – 29 xal, 11 ribaund.
22-ci turun “Zirvə Astara” – “Sabah” və NTD – “Sərhədçi” oyunları martın 18-də keçiriləcək. Tura martın 19-da baş tutacaq “Olimpik Şəki” – “Gəncə” matçı ilə yekun vurulacaq.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
- AAAF Xırdalan (22 oyun, 15 qələbə, 7 məğlubiyyət) – 37 xal
- Sabah (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
- NTD (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
- Gəncə (21 oyun, 14 qələbə, 7 məğlubiyyət) – 35 xal
- Sərhədçi (21 oyun, 13 qələbə, 8 məğlubiyyət) – 34 xal
- Neftçi İK (22 oyun, 7 qələbə, 15 məğlubiyyət) – 29 xal
- Zirvə Astara (21 oyun, 4 qələbə, 17 məğlubiyyət) – 26 xal
- Olimpik Şəki (21 oyun, 2 qələbə, 19 məğlubiyyət) – 23 xal


