Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, A qrupunda yer alan yığma komandamız 1-ci turda meydan sahibləri ilə qarşılaşıb.
Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv üçün uğursuz alınıb. Belə ki, millimiz yekunda 71:73 hesablı məğlubiyyətlə barışmalı olub.
Basketbol yığmamız növbəti matçını iyunun 29-da Andorraya qarşı keçirəcək.
Qeyd edək ki, digər qrupda San Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaq.
Avropa çempionatı
A qrupu, 1-ci tur
28 iyun
Azərbaycan – Malta 71:73


