Basketbol: “Neftçi” 1/4 finalda uduzdu, Çin çempion oldu

Bu gün Azərbaycanın Astara şəhərində təşkil olunmuş 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu yarış günündə pley-off mərhələsinin oyunları baş tutub.

1/4 final mərhələsinin ilk oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Avstriya yığması Macarıstana 14:8, Misir seçməsi Çinin “Yuanda” komandasına 21:13 hesabı ilə qalib gəlib.

Azərbaycan təmsilçisi “Neftçi” isə 1/4 final oyununda güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub.

Nəticədə yarımfinala Ukrayna, Çin, Avstriya və Misir yığmaları vəsiqə qazanıblar. Yarımfinalda Çin millisi Ukraynanı 19:17, Misir yığması isə Avstriyanı 21:14 hesabıyla üstələyib.

Beləliklə, həlledici oyunda Çin və Misir yığmaları üz-üzə gəliblər. Finalda 21:15 hesabıyla qalib gələn Çin millisi Dünya Qadın Seriyasında Astara mərhələsinin çempionu olub.

Xatırladaq ki, 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsində bütövlükdə 12 komanda 4 qrupda mübarizə aparıb:

A qrupu: Almaniya, Misir, Ukrayna
B qrupu: Çin, Çexiya, Avstriya
C qrupu: Polşa, “Yuanda” klubu, Azərbaycan
D qrupu: Rumıniya, Macarıstan, “Neftçi” klubu

Turnir ərzində qeydə alınmış bütün nəticələri təqdim edirik:

A qrupu
Almaniya – Ukrayna 14:15
Almaniya – Misir 15:16
Misir – Ukrayna 12:20

B qrupu
Çin – Avstriya 13:14
Çin – Çexiya 21:10
Çexiya – Avstriya 9:21

C qrupu
Polşa – Azərbaycan 22:7
Polşa – “Yuanda” 16:18
“Yuanda” – Azərbaycan 21:9

D qrupu
Rumıniya – “Neftçi” 12:15
Rumıniya – Macarıstan 18:19
Macarıstan – “Neftçi” 15:17

1/4 fiinal
Ukrayna – Polşa 16:13
“Neftçi” – Çin 6:21
Avstriya – Macarıstan 14:8
“Yuanda” – Misir 13:21

Yarımfinal
Ukrayna – Çin 17:19
Avstriya – Misir 14:21

Final
Çin – Misir 21:15