Basketbol: “Neftçi” ilk qələbəni Cəlilabadda qazandı

Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024-cü il mövsümünün 2-ci turunun daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, turun üçüncü oyunu Cəlilalabad Olimpiya İmdan Kompleksində baş tutub.

İlk turda məğlub olmuş “Neftçi” səfərdə “Cəlilabad”la qarşılaşıb. Oyun paytaxt klubunun 90:56 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində ən məhsuldar basketbolçusu Maykl Karter olub – 19 xal, 4 ribaund. “Cəlilabad”ın heyətində isə Rişon Conson fərqlənib – 38 xal, 8 ribaund.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Xatırladaq ki, 2-ci turun ilk oyununda “Xəzri” region təmsilçisi “Gəncə”yə 93:76 hesabıyla qalib gəlib. Ötən gün isə “Xırdalan” “Sumqayıt”ı 81:77 hesabıyla məğlub etmişdi. “Şəki” – “Sərhədçi” oyunu sabah baş tutacaq. “NTD-İndiqo” – “Sabah” oyunu isə təxirə salınıb.

Turnir cədvəli

  1. Xırdalan (2 oyun, 2 qələbə) – 4 xal
  2. Xəzri (2 oyun, 2 qələbə) – 4 xal
  3. Neftçi (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
  4. Cəlilabad (2 oyun, 1 qələbə, 1 məğlubiyyət) – 3 xal
  5. Sabah (1 oyun, 1 qələbə) – 2 xal
  6. NTD-İndiqo (1 oyun, 1 qələbə) – 2 xal
  7. Sumqayıt (2 oyun, 2 məğlubiyyət ) – 2 xal
  8. Gəncə (2 oyun, 2 məğlubiyyət) – 2 xal
  9. Sərhədçi (1 oyun, 1 məğlubiyyət) – 1 xal
  10. Şəki (1 oyun, 1 məğlubiyyət) – 1 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: